Atasının da avtomobilini oğurladı  - Bakıda

Atasının da avtomobilini oğurladı - Bakıda

23 Yanvar 2015 15:54
Bəyəndim (0) Bəyənmədim (0)

Bakının Suraxanı rayonunda oğurluq edən şəxs məsuliyyətə cəlb edilib. Bu barədə Suraxanı Rayon Polis İdarəsindən məlumat verilib.

Məlumata görə, idarə əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı şəhər sakini Kamran Mürsəlov tutulub. O, yanvarın 20-də Mikayıl Məmmədova məxsus "VAZ-21063" markalı avtomobili qaçırmaqda təqsirli bilinib.

Ətrafında aparılmış əməliyyat tədbirləri ilə onun ötən il oktyabrın 23-də atasına məxsus "QAZ-24" markalı avtomobili, habelə ötən il oktyabrın 16-da Bakı şəhər sakini İbrahim Salmanzadə ilə birgə Seyfulla Bədəlova məxsus "VAZ-2105" markalı avtomobili qaçırması da müəyyən edilib.

Həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri ilə İbrahim Salmanzadə tutulub.

Mediainfo.az