Ərəstun Oruclu: “Aslanov oğlunun qisasını belə aldı”

Ərəstun Oruclu: “Aslanov oğlunun qisasını belə aldı”

23 Yanvar 2015 15:17
Bəyəndim (0) Bəyənmədim (0)

Həbsdə uşaq doğan Lamiyə Quliyeva qalmaqalı böyüməkdədir.

Axar.az xəbər verir ki, Şəmkirin sabiq başçısı Aslan Aslanovun oğlunu öldürən L.Quliyeva ilə bağlı müxtəlif xəbərlər, rəylər yayılır. "Şərq-Qərb" Araşdırmalar Mərkəzinin rəhbəri Ərəstun Oruclu Feysbuk səhifəsində maraqlı faktlar açıqlayıb:

"Aslan Aslanov səlahiyyət və qohumluq əlaqələrindən istifadə edərək, istintaqın və məhkəmənin onun qisasçılıq ambisiyalarına uyğun qərarlar verməsinə nail oldu. Qərb bölgəsində de-fakto qubernatorluq edən Aslanov keçmiş müdafiə naziri Səfər Əbiyevlə kirvə, eyni zamanda, "Azərneftyağ" birliyinin mərhum direktoru Ramiz Mirzəyevin qayını idi".

Ə.Oruclu yazıb ki, Aslanovun qisasçılığı bununla bitmədi:

"Vüqar Əliyevin ailəsinin Şəmkirdəki evi buldozerlərin qabağına verilərək dağıdıldı. Şəmkir sakinlərinə oğlu Ruslanın sürdüyü qara rəngdə "VAZ-2107" markalı maşınlar faktiki qadağan edildi. Ruslanın qətlinin ildönümü günü oğluna toy edən rayon sakini şərlənərək həbsə atıldı.

İndi isə məlum olur ki, dünyaya uşaq gətirən Lamiyə Quliyevanın 2013-cü ildə cəza müddəti bitməli olsa da, cəzası 5 il 6 ay artırılıb. Sizi əmin edirəm ki, bu yazdıqlarım Aslan Aslanovun hikkəli özbaşınalıq və cinayətlərinin çox cüzi bir hissəsidir".

Mediainfo.az