Oqtay Əsədov, Allahşükür Paşazadə və Fəttah Heydərov kralın dəfninə getdi

Oqtay Əsədov, Allahşükür Paşazadə və Fəttah Heydərov kralın dəfninə getdi

23 Yanvar 2015 14:54
Bəyəndim (0) Bəyənmədim (0)

Bu gün Azərbaycan Milli Məclisinin sədri Oqtay Əsədov, Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Allahşükür Paşazadə və Azərbaycan-Səudiyyə Ərəbistanı parlamentlərarası işçi qrupunun rəhbəri Fəttah Heydərov Səudiyyə Ərəbistanına yola düşüb.

Milli Məclisdən APA-ya verilən məlumata görə, onlar bu ölkəyə kral Abdullah ibn Əbdüləzizin dəfn mərasimində iştirak etmək məqsədilə gediblər.

Dəfn mərasimi bu gün keçiriləcək.

Mediainfo.az