Milyonçu qəzada öldü

Milyonçu qəzada öldü

22 Yanvar 2015 15:42
Bəyəndim (0) Bəyənmədim (0)

İş adamının 30 yaşlı sürücüsü "Lexus"da idarəetməni itirib

Qazaxıstanın tanınmış iş adamı, "Altyn Group Kazakhstan" şirkətlər qrupunun sahibi Baurjan Asaubayev yol qəzasında ölüb.

ANS -in məlumatına görə, milyonçunun "Lexus" markalı maşın iri yük avtomobili ilə toqquşub. Hadisə Almatı vilayətinin Jambıl rayonunun Uzınaqaş qəsəbəsinin yaxınlığında baş verib.

Asaubayev aldığı yaralardan yerində keçinib. Onun sürücüsü reanimasiyaya yerləşdirilib. İlkin versiyaya görə, milyonçunun 30 yaşlı sürücüsü "Lexus"un idarəetməsini itirib.

"Forbes" Asaubayev ailəsinin kapitalını $280 mln. səviyyəsində qiymətləndirib.

Mediainfo.az