“Sevinc Osmanqızı məsələni siyasiləşdirməyə çalışır”

“Sevinc Osmanqızı məsələni siyasiləşdirməyə çalışır”

22 Yanvar 2015 14:47
Bəyəndim (0) Bəyənmədim (0)

Bu gün Nərimanov rayon məhkəməsində hakim Məzahir Sadıqovun rəhbərliyi ilə jurnalist Sevinc Osmanqızının məhkəmə iclası keçirilib.

Azər Tağıyevin vəkili çıxış edərək S.Osmanqızının iştirakı olmadan da iclasın keçirilməsinə razı olduqlarını bildirib. Vəkil deyib ki, bu məhkəmə işinin ictimai tərəfi yoxdur, sırf şəxsi məsələdir: "Tərəflərin iki yetkinlik yaşına çatmayan uşaqları var. Sevinc Osmanqızı məsələni siyasiləşdirməyə çalışır. Mətbuatda yalan məlumatlar yayır, işə siyasi don geydirməyə çalışır. Hətta hökümət tərəfindən təqib olunduğunu deyir. Məqsəd isə siyasi sığınacaq almaq və övladlarını da özü ilə aparmaqdır. Bundan başqa mətbuatda məhkəmə tərəfindən qəbul edilməyən qərarların qəbul edilmiş kimi yayır. Onun məhkəməyə məcburi gətirilməsi haqda qərar verildiyi barədə məlumatlar yayəb. Bütün bunları nəzərə alaraq məhkəmənin qapalı keçirilməsini istəyirik".

İddiaçı tərəf, S.Osmanqızının keçmiş həyat yoldaşı Azər Tağıyev də bu vəsatəti dəstəkləyib. S.Osmanqızının vəkili Tamilla Ələkbərova da etiraz etməyib. Hakim məhkəmənin qapalı keçirilməsinə qərar verib.

Növbəti məhkəmə iclası fevralın 3-nə təyin edilib.

Mediainfo.az