Ölümlə nəticələnən yol qəzası

Ölümlə nəticələnən yol qəzası

22 Yanvar 2015 14:42
Bəyəndim (0) Bəyənmədim (0)

Şabranda ölümlə nəticələnən yol nəqliyyat hadisəsi baş verib. Bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Məlumata görə, hadisə rayonun Ağalıq kəndində qeydə alınıb. Xaçmaz rayon sakini Elşən Nurullayev idarə etdiyi "KİA" markalı avtomobillə yolu keçən kənd sakini Gülşən Babayevanı vurub.

Nəticədə piyada hadisə yerində ölüb.

Faktla bağlı araşdırma aparılır.

Mediainfo.az