Ermənistan ordusu daha bir itki ilə üzləşməli oldu

Ermənistan ordusu daha bir itki ilə üzləşməli oldu

22 Yanvar 2015 12:13
Bəyəndim (0) Bəyənmədim (0)

Cəbhə xəttində provokasiya yaratmağa cəhd göstərən Ermənistan Silahlı Qüvvələri yenidən itki verib.

Belə ki, ötən gün axşam saatlarında Ermənistanın Tavuş rayonunda, Azərbaycanla sərhəddə yerləşən hərbi hissənin hərbi qulluqçusu Arman Udumyan Azərbaycan hərbçiləri tərəfindən məhv edilib. 1980-cı il təvəllüdlü A. Udumyan Ermənistan Ordusunda müqavilə əsasında xidmət edirmiş.

Qeyd edək ki, erməni tərəfinin rəsmi təsdiq etdiyi məlumatlara görə, Ermənistan Silahlı Qüvvələri yanvarın 3-dən cəbhədə 9 hərbçisini itirib, 4 hərbçi ağır yaralanıb. Erməni tərəfi Dağlıq Qarabağdan olan və buradakı silahlı dəstələrə cəlb olunmuş ermənilər arasında itkilər barədə məlumat vermir.

Mediainfo.az