Surqutda itən azərbaycanlıya qətl maddəsi ilə cinayət işi açılıb

Surqutda itən azərbaycanlıya qətl maddəsi ilə cinayət işi açılıb

21 Yanvar 2015 16:40
712
Bəyəndim (0) Bəyənmədim (0)

Rusiyanın Surqut şəhərinin prokurorluğu 49 yaşlı iş adamı Barat Əkbərovun yoxa çıxması ilə bağlı araşdırmaya başlayıb. Apa-nın "siapress.ru" saytına istinadən verdiyi məlumata görə, B. Əkbərovun axtarışına şəhərin hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunublar.

Faktla bağlı Rusiya Cinayət Məcəlləsinin 105.1 maddəsi (qətl) ilə cinayət işi açılıb.

Surqut şəhər prokurorluğundan bildiriblər ki, yanvarın 17-də Surqut polisinə B. Əkbərovun oğlu müraciət edib. O bildirib ki, atası yanvarın 16-da saat 22.00 radələrində qohumlarına zəng edib və öz avtomobili ilə evə qayıtdığını deyib. Bundan sonra B. Əkbərov heç kimlə əlaqə saxlamayıb. Yoxa çıxmış şəxsin "Toyota Land Cruiser 200" markalı avtomobili yaşadığı evin yaxınlığında tapılıb.

Mediainfo.az