Azyaşlı qızın qatilləri edam olundu

Azyaşlı qızın qatilləri edam olundu

21 Yanvar 2015 16:06
Bəyəndim (0) Bəyənmədim (0)

Bu gün səhər İranın Bonab şəhərində 12 yaşlı qızı öldürən 3 nəfər əhalinin gözü qarşısında edam olunub.

Trend-in Mehr agentliyinə istinadən verdiyi məlumata görə, Bonab şəhər prokuroru Səid Qasimivənd deyib ki, edam olunan 3 nəfər 2014-cü ilin sentyabrında Zəhra Bədihi adlı 12 yaşlı məktəbli qızı evinə gedərkən girov götürüb, onun valideynlərindən 1,5 milyon avro pul tələb ediblər, lakin həbs olunmaqdan qorxduqları üçün iki gün sonra qızı öldürüb cinayətkarların birinin evində basdırıblar. Polis həmin şəxsləri həbs edib və məhkəmə onlar haqqında edam qərarı çıxardıb.

S.Qasimivənd bildirib ki, bu gün həmin 3 cinayətkarla bağlı çıxarılan edam hokmü qətlə yetirilən qızın valideynləri və əhalinin iştirakı ilə Bonab şəhər meydanlarından birində icra olunub.

Mediainfo.az