Zakir Həsənov Fransa səfirini qəbul edib

Zakir Həsənov Fransa səfirini qəbul edib

21 Yanvar 2015 15:56
Bəyəndim (0) Bəyənmədim (0)

Müdafiə naziri, general-polkovnik Zakir Həsənov Fransanın Azərbaycandakı səfiri Paskal Mönyeni qəbul edib.

Apa-nın MN-nin saytına istinadən verdiyi məlumata görə, regiondakı hərbi-siyasi vəziyyətə toxunan müdafiə naziri Ermənistanın işğalçılıq siyasətinin davam etdiyini, bunun nəticəsində sülh prosesinin yubandığını və danışıqların uzadılmasının bölgədəki şəraitə mənfi təsir göstərdiyini diqqətə çatdırıb.

Səfir isə Azərbaycan və Fransa arasında ikitərəfli münasibətlərin uğurla inkişaf etməsindən məmnun olduğunu bildirib.

Görüşdə Fransa-Azərbaycan hərbi və hərbi-texniki əlaqələrin inkişaf perspektivləri və qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb.

Mediainfo.az