Velosiped oğrusu tutulub

Velosiped oğrusu tutulub

21 Yanvar 2015 14:41
Bəyəndim (0) Bəyənmədim (0)

Bakının Binəqədi rayonunda oğurluq edən həbs edilib.

Bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib. Məlumata görə, Binəqədi rayon Polis İdarəsinin 7-ci polis bölməsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluq edən Emin Hüseynov tutulub.

O, yanvarın 18-də Bakı şəhər sakinləri Anar Əliyevə, Səfər Rzayevə, Ramil Mirzəyevə, Elçin Nurəddinliyə, İbrahim Məmmədliyə və Araz Məmmədova məxsus velosipedləri oğurlayıb.

Mediainfo.az