Nardaranda etiraz aksiyası başlayıb - FOTO

Nardaranda etiraz aksiyası başlayıb - FOTO

21 Yanvar 2015 14:30
Bəyəndim (0) Bəyənmədim (0)

Nardaranda bu gün saat 14:00-a təyin olunmuş etiraz aksiyası artıq başlayıb.

Musavat.com-un əməkdaşının verdiyi məlumata görə, etiraz aksiyasının keçirilməsinə əsas səbəb Fransada və digər Avropa ölkələrində İslamın müqəddəslərini aşağılayan karikaturaların çap edilməsiylə bağlıdır.

Aksiyaya qatılan Nardaran sakinləri əllərində "İslam sahibsiz deyil", "Fransa islamdan qorxur" və s. bu kimi şüarlar yazılmış plakatlar tutublar. Aksiyada bir sıra dövlətlərin bayraqlarının yandırılacağı bildirilir.

Mediainfo.az