DİQQƏT!!! Ermənilər ötən gecə hücuma keçmək istəyiblər

DİQQƏT!!! Ermənilər ötən gecə hücuma keçmək istəyiblər

21 Yanvar 2015 12:55
Bəyəndim (0) Bəyənmədim (0)
Əsgərlərimizin sayıqlıqı sayəsində düşmənlər geri çəkilməyə məcbur olublar

Yanvarın 21-nə keçən gecə erməni kəşfiyyat-təxribat qrupları qoşunların təmas xəttini keçməyə cəhd göstərib.

Müdafiə Nazirliyinin yaydığı məlumata görə, Azərbaycan Silahlı Qüvvələrinin bölmələrinin sayıqlığı, düşmənin yaxınlaşmasının əvvəlcədən aşkar edilməsi və görülən qabaqlayıcı tədbirlər nəticəsində şiddətli atışma zamanı itki verən ermənilər geri çəkilməyə məcbur edilib.

Qarşı tərəfin ilkin rəsmi məlumatına görə, işğalçılardan Naapet Asatryan məhv edilib, Ovannes Qasparyan isə ağır yaralanıb.

MN bildirir ki, Silahlı Qüvvələrimizin bölmələri bütün cəbhə boyu əməliyyat şəraitinə tam nəzarət edir və düşmənin istənilən təxribatının qarşısını almağa hər an hazırdır.

Mediainfo.az