Obama Quantanamo həbsxanasını bağlamaq istəyir

Obama Quantanamo həbsxanasını bağlamaq istəyir

21 Yanvar 2015 10:00
Bəyəndim (0) Bəyənmədim (0)

ABŞ prezidenti Barak Obama növbəti dəfə terrorçuluqda şübhəli bilinən əcnəbilərin saxlanıldığı Quantanamo hərbi həbsxanasının bağlanmasına çağırıb.

"Mənim prezidentliyim dövründə biz Quantanamodakı məhbusların sayının iki dəfə azaldılması üzərində böyük məsuliyyətlə çalışmışıq. İndi bu işin sona çatdırmaq vaxtı gəlib çatıb. Mən bu həbsxananı bağlamaq niyyətindən dönməyəcəm", - deyə Obama bildirib.

Hazırda "Quantanamo" həbsxanasında 122 məhbus saxlanılır.

Mediainfo.az