Elçin Behbudov Müdafiə naziri ilə görüşüb

Elçin Behbudov Müdafiə naziri ilə görüşüb

19 Yanvar 2015 15:32
Bəyəndim (0) Bəyənmədim (0)

İşgəncələrə Qarşı Azərbaycan Komitəsinin sədri, hüquq müdafiəçisi Elçin Behbudov və müavini Elçin Şirinov müdafiə naziri Zakir Həsənovla görüşüb.

Bu barədə Apa -ya məlumat verən E. Behbudov bildirib ki, görüşdə insan hüquq və azadlıqları barəsində geniş fikir mübadiləsi aparıblar: "Zakir Həsənov bildirdi ki, orduda çox böyük ruh yüksəkliyi var. Hərbi cinayətlərin beynəlxalq standartlara uyğun araşdırılması istiqamətində lazımi addımlar atılır, yaxın zamanda müsbət nəticələr əldə olunaq. Bundan başqa cənab nazir bizə bildirdi ki, əsgərlərin yemək və yataq şəraitinin yaxşılaşdırılması nəticəsində orduda xəstəlik halları kəskin şəkildə azalıb. MN-nin rəhbərliyi daim cəbhə bölgəsində olur. Hərbi hazırlıq və hərbi vəziyyət tam nəzarətdədir. Zakir Həsənov bildirdi ki, artıq Ermənistan ordusu hərbi gücümüzü və üstünlüyümüzü başa düşərək təşviş və qorxu keçirir".

Mediainfo.az