Sirkə turşusu içərək intihar etdi

Sirkə turşusu içərək intihar etdi

19 Yanvar 2015 15:15
Bəyəndim (0) Bəyənmədim (0)

Bakının Yasamal rayonunda faciəli hadisə baş verib.

Bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib. Məlumata görə, hadisə yanvarın 18-də qeydə alınıb. paytaxtın Yasamal rayonunda yaşayan Səriyyə Aslanova sirkə turşusundan zəhərlənmə ilə xəstəxanaya yerləşdirilib. Ona tibbi yardım göstərilsə də, həyatını xilas etmək mümkün olmayıb.

İlkin ehtimala görə, Səriyyə Aslanova intihar etmək məqsədilə sirkə turşusu içib. Hadisə ilə bağlı Yasamal rayon Prokurorluğu tərəfindən araşdırma aparılır. Araşdırmaların sonunda hadisəyə hüquqi qiymət veriləcək.

Mediainfo.az