Sabah Bakıda bu yollar bağlanacaq

Sabah Bakıda bu yollar bağlanacaq

19 Yanvar 2015 14:20
Bəyəndim (0) Bəyənmədim (0)

20 Yanvarın ildönümündə Bakıda hərəkətin məhdudlaşdırılacağı küçələrin adları məlum olub.

Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Vaqif Əsədovun ANS PRESS-ə verdiyi məlumata görə, Parlament prospektindən Şəhidlər Xiyabanı istiqamətində olan bütün küçələrdə hərəkət dayanacaq.

Bununla yanaşı, Teleteatrdan başlayaraq Mehdi Hüseyn küçəsində, Mikayıl Müşfiq küçəsi və Hüseyn Cavid prospektinin kəsişməsindən, Mikayıl Müşfiq dairəsi ilə Mətbuat prospektinin kəsişməsindən, Milli Məclisin inzibati binasının arxa hissəsində İzzət Nəbiyev və Abbasqulu Abbaszadə küçələrinin kəsişməsindən Parlament prospekti - Şəhidlər xiyabanı istiqamətində də yollar bağlanacaq.

Qeyd edək ki, səhər saat 7:00-dan tədbir tam yekunlaşana qədər adıçəkilən küçələrdə hərəkət məhdudlaşdırılacaq.

Mediainfo.az