Dəm qazı daha bir nəfəri boğdu

Dəm qazı daha bir nəfəri boğdu

19 Yanvar 2015 14:17
Bəyəndim (0) Bəyənmədim (0)

Sumqayıt şəhərində bədbəxt hadisə baş verib. Bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Məlumata görə, hadisə yanvarın 18-də qeydə alınıb. Sumqayıt şəhər sakini Nəsibə Ramazanova mənzilində dəm qazından boğularaq ölüb.

Həmin gün Gəncə şəhər sakini Kəmalə Salahova dəm qazından zəhərlənmə ilə xəstəxanaya yerləşdirilib.

Hər iki faktla bağlı araşdırma aparılır.

Mediainfo.az