Oğurladığı avtomobillə qəza törətdi

Oğurladığı avtomobillə qəza törətdi

19 Yanvar 2015 14:13
Bəyəndim (0) Bəyənmədim (0)

Şəmkir rayonunun Sabirkənd kənd sakini Ceyhun Həmidovun avtomobili oğurlanıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, Ceyhun Həmidov yanvarın 18-də Şəmkir rayon Polis Şöbəsinə müraciət edərək həmin gün Tovuz rayonunun Əyyublu kəndindən ona məxsus "VAZ-2106" markalı avtomobilin qaçırılması barədə məlumat verib.

Polis əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində avtomobilin Sabirkənd kənd sakini Hüseyn Hümbətov tərəfindən qaçırılması və Düyərli kəndində idarə edilərkən kənd sakini İlqar Piriyevin idarə etdiyi "Mercedes" markalı avtomobillə toqquşması müəyyən edilib. Hüseyn Hümbətov tutulub.

Mediainfo.az