118 saylı məktəbin direktoruna cinayət işi açılır

118 saylı məktəbin direktoruna cinayət işi açılır

19 Yanvar 2015 14:07
Bəyəndim (0) Bəyənmədim (0)

Bakı Şəhər Təhsil İdarəsindən Azxeber.com-a verilən açıqlamada bildirilir ki, hazırda qurumun nümayəndələri Hovsan qəsəbəsində yerləşən 118 saylı məktəbdədirlər və baş verən qarşıdurma ilə bağlı araşdırmalar aparılır. İdarənin nümayəndələri tərəfindən problem yaranan tərəflərlə danışıqlar aparılır. Qurumun nümayəndələrinin bu gün baş verən olaylarla bağlı apardığı araşdırmaların nəticəsinə görə, yekun rəsmi açıqlama veriləcək.

Qeyd edək ki, bu gün səhər saatlarında sözügedən məktəbdə etiraz aksiyası keçirilib. Səbəb 118 saylı orta məktəbin direktoru Qardaşxan Kərimovun şagirdlərlə davranışı, hərəkətləri və dediyi təhqiramiz sözlər olub. Direktorun kənd camaatını, xüsusilə də şagirdlərin valideynlərini təhqir etdiyi bildirilir.

Mediainfo.az