20 Yanvar faciəsi "TRT Avaz" telekanalı vasitəsilə dünyaya çatdırılacaq

20 Yanvar faciəsi "TRT Avaz" telekanalı vasitəsilə dünyaya çatdırılacaq

19 Yanvar 2015 12:19
Bəyəndim (0) Bəyənmədim (0)
Verilişlər Şəhidlər Xiyabanından yayımlanacaq

20 Yanvar faciəsinin 25-ci ildönümü TRT kanalları vasitəsilə xəbər və proqram şəklində bütün dünyaya çatdırılacaq.

Bu barədə APA-ya məlumat verən TRT-nin Bakı nümayəndəsi Yıldıray Arslan 20 Yanvar 1990-cı ildə Bakının küçə və meydanlarında qəhrəmanlıq dastanı yazıldığını bildirib.

Onun sözlərinə görə, TRT 20 Yanvar gecəsində yaşanan faciəni fərqli şəkildə ekranlara gətirəcək: "TRT Bakı Təmsilciliyi AzTV-nin texniki dəstəyi ilə 20 Yanvar hüzn gününü canlı yayımlarla Şəhidlər Xiyabanından həyata keçirəcək".

Canlı yayımlarda o gecənin şahidləri ilə yanaşı, politoloq mərkəzinin sədri Elman Nəsirli, Qafqaz Beynəlxalq Münasibətlər və Strateji Araşdırmalar Mərkəzinin rəhbəri Araz Aslanlı və TRT Bakı Təmsilçiliyinin müxbiri Səlim Toprak iştirak edəcəklər. "TRT Avaz" kanalının koordinatoru Murat Akkoç da 20 Yanvar gününü bütün Azərbaycan kanalları kimi anım günü olaraq qeyd edəcəklərini, gün ərzində yayımlar vasitəsilə qardaş Azərbaycanın dərdinə şərik olacaqlarını söyləyib. Bu proqram, xəbər və canlı bağlantılar "TRT Haber", "TRT Avaz" və "TRT Türk" kanallarında yayımlanacaq.

Mediainfo.az