Fransada naməlum şəxs 3 nəfəri girov götürüb

Fransada naməlum şəxs 3 nəfəri girov götürüb

16 Yanvar 2015 16:49
Bəyəndim (0) Bəyənmədim (0)

Paris yaxınlığında naməlum şəxs 3 nəfəri girov götürüb. Apa-nın RTL radiosuna istinadən verdiyi məlumata görə, hadisə Fransa paytaxtı yaxınlığında yerləşən Kolomb şəhərinin poçt binasında baş verib.

Həmin şəxsin "Kalaşnikov" markalı avtomat, tapança və bir neçə qumbara ilə silahlandığı bildirilir.

Polis insidenti terror aktı kimi qiymətləndirmir. Silahlı şəxslə danışıqların aparılacağı gözlənilir. Yerli mətbuatın yazdığına görə, bu adam əvvəllər xırda xuliqanlığa görə məsuliyyətə cəlb olunub.

Mediainfo.az