Bir evi iki dəfə qarət ediblər

Bir evi iki dəfə qarət ediblər

16 Yanvar 2015 16:40
Bəyəndim (0) Bəyənmədim (0)

Salyan rayonunda qadının evi iki dəfə qarət edilib.

Bu barədə Salyan Rayon Polis Şöbəsindən məlumat verilib.

Məlumata görə, yanvarın 11-də qonaqlıqda olan rayon sakini Ayşən Əsgərovanın evinə naməlum şəxs və ya şəxslər girib. Evdən qızıl və gümüş əşyaları oğurlanıb. Qonaqlıqdan qayıdan qadın evinin qarət olunduğunu görüb və polisə şikayət edib. Həmin gün polis əməkdaşlarının keçirdiyi əməliyyat nəticəsində oğurluq hadisəsini törətməkdə şübhəli bilinən Məmməd Mehdiyev tutulub. Ondan 0,7 qram tiryək də götürülüb.

Daha sonra qadının evi ikinci dəfə qarət olunub. Yanvarın 12-də qadının evinə girən oğru yenə də qızıl və gümüş əşyalar oğurlayıb. Polis isti izlərlə cinayəti törədən Natiq Əsgərov həbs edib.

Deyilənə görə, evi qarət olunan Ayşən Əsgərova qızıl-gümüş alveri ilə məşğul olur.

Mediainfo.az