Piyada qəzada öldü

Piyada qəzada öldü

16 Yanvar 2015 15:58
Bəyəndim (0) Bəyənmədim (0)

Şəkidə piyadanın ölümü ilə nəticələnən yol nəqliyyat hadisəsi baş verib.

Bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib. Məlumata görə, hadisə şəhərin Bəxtiyar Vahabzadə küçəsində qeydə alınıb. "VAZ 2107" markalı avtomobillə yolu keçmək istəyən Kəmalə Əliyeva vurulub. Qadın aldığı xəsarətdən ölüb.

Faktla bağlı araşdırma aparılır.

Mediainfo.az