İranlı narkotacirlərin məhkəməsi başlayıb

İranlı narkotacirlərin məhkəməsi başlayıb

16 Yanvar 2015 15:26
Bəyəndim (0) Bəyənmədim (0)

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində narkotik vasitələrin qanunsuz dövriyyəsində təqsirləndirilən İran vətəndaşları – Mirzof Seyed və Səfa Yafərinin cinayət işi üzrə məhkəmə prosesi başlayıb.

Apa-nın məlumatına görə, hazırlıq iclasında təqsirləndirilən şəxslərin anket məlumatları dəqiqləşdirilib. Prosesin baxış iclası isə yanvarın 27-nə təyin edilib.

Qeyd edək ki, hər iki şəxs Cinayət Məcəlləsinin 234-cü (qanunsuz olaraq narkotik vasitə əldə etmə, saxlama, satma, daşım) maddəsinə əsasən ittiham edilirlər.

Mediainfo.az