Saxta dollar satan tutulub

Saxta dollar satan tutulub

16 Yanvar 2015 15:16
Bəyəndim (0) Bəyənmədim (0)

Şamaxı sakini saxta pul satarkən tutulub.Daxili İşlər Nazirliyi saytının verdiyi məlumata görə, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Şamaxı şəhər sakini Mehman Qafarov 200 ədəd 100 dollarlıq saxta əskinası Bakı şəhəri Nərimanov rayonu ərazisindəki parkda satarkən tutulub.

Üzərinə baxış zamanı ondan əlavə 18 ədəd 100 manatlıq saxta əskinas da aşkar edilərək götürülüb.

Mediainfo.az