Nazir Hərbi Hava Qüvvələrinin döyüş hazırlığını yoxlayıb -FOTO

Nazir Hərbi Hava Qüvvələrinin döyüş hazırlığını yoxlayıb -FOTO

15 Yanvar 2015 17:58
Bəyəndim (0) Bəyənmədim (0)

Müdafiə naziri, general-polkovnik Zakir Həsənov Hərbi Hava Qüvvələrinin döyüş hazırlığının vəziyyətini yoxlayıb.

Apa-nın Mwdafi’ Nazirliyinin saytına istinadın verdiyi məlumata görə, yeni tədris ilinin başlanması ilə əlaqədar keçirilən yoxlamalar zamanı qoşunların yüksək döyüş hazırlığı səviyyəsinə gətirilməsi, döyüş növbəsinin gücləndirilməsi, mühüm dövlət və hərbi obyektlərin, eyni zamanda qoşun qruplaşmalarının hücumda və müdafiədə mühafizəsi məqsədilə hava hücumundan müdafiə qoşunlarının fəaliyyəti və digər məsələlər məşq etdirilib.

Hərbi Hava Qüvvələrinin döyüş texnikasına, vasitə və qurğularına baxış keçirən müdafiə naziri şəxsi heyətin təlim-döyüş vərdişlərini yüksək qiymətləndirərək qoşun komandanlıqları qarşısında müvafiq tapşırıqlar qoyub.

Mediainfo.az