Sabiq bank əməkdaşı məhkəmə zalından azadlığa buraxılıb

Sabiq bank əməkdaşı məhkəmə zalından azadlığa buraxılıb

15 Yanvar 2015 17:00
Bəyəndim (0) Bəyənmədim (0)

Bu gün Bakı Apellyasiya Məhkəməsində "Unibank" KB ASC-nin Nərimanov rayon filialının sabiq əməkdaşı Sahib Ağayevin apellyasiya şikayəti əsasında məhkəmə prosesi başa çatıb.

Vəkil Adəm Məmmədovun Apa-ya verdiyi məlumata görə, prosesdə qərar elan edilib. Qərara görə, S. Ağayevin barəsində bəraət hökmü çıxarılıb və o, məhkəmə zalından azadlığa buraxılıb.

Qeyd edək ki, Sahib Ağayev "Unibank" KB ASC-nin Nərimanov filialında çalışıb. Cinayət Məcəlləsinin 178.3.2 (dələduzluq) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham olunan S. Ağayev Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 8 il müddətinə azadlıqdan məhrum edilib. Həmin vaxt zamində olan S. Ağayev məhkəmə zalından həbs olunub. Hökmdən verilən apellyasiya şikayəti isə təmin edilməyib. Bundan sonra S. Ağayevin vəkili Adəm Məmmədov kassasiya şikayəti ilə Ali Məhkəməyə müraciət edib. Ali Məhkəmə isə Bakı Apellyasiya Məhkəməsinin qərarını bəraətverici əsaslarla ləğv edib və cinayət işinin təkrar baxılması üçün həmin məhkəmə instansiyasına göndərib. Bu gün Bakı Apellyasiya Məhkəməsində həmin işə yenidən baxılıb.

Mediainfo.az