
Silahlı saxlanıldı
Qəbələ rayonunda silahla gəzən şəxslər saxlanılıb.
Bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib. Məlumata görə, Qəbələ rayon Polis Şöbəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Çarxana kənd sakini Həsrət Məmmədov saxlanılıb. Ondan xaricdə istehsal edilmiş ov tüfəngi aşkarlanıb.
Bundan başqa rayonun Yemişənli kənd sakini Baloğlan Qasımovdan "TOZ-20", Mamaylı kənd sakini Şafiq Zahirovdan isə "TOZ-63" markalı müvafiq sənədləri olmayan ov tüfəngləri götürülüb.
Mediainfo.az
Digər xəbərlər