Mağaza qarətçiləri ifşa edildi

Mağaza qarətçiləri ifşa edildi

15 Yanvar 2015 15:14
Bəyəndim (0) Bəyənmədim (0)

Abşeron rayonunda oğurluqla məşğul olan şəxslər həbs edilib.

Bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib. Məlumata görə, Abşeron rayon Polis Şöbəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Saray qəsəbə sakini Xanbaba Novruzov, Sumqayıt şəhər sakinləri Xəqani Şirinov və Cavid Quliyev tutulublar.

Onlar yanvarın 13-də Elmar Bağırova məxsus mağazadan 400 manat və tütün məmulatı oğurlamaqda şübhəli bilinirlər. Ətraflarında aparılmış əməliyyat tədbirləri ilə onların həmin gün Aybəniz Abbasovaya məxsus mağazadan 12 manat və danışıq kartları oğurlamaları da müəyyən edilib.

Mediainfo.az