
Lənkəran sakini nərdivandan yıxılaraq ölüb
Lənkəran şəhərində bədbəxt hadisə baş verib. Lənkəran Şəhər Polis Şöbəsinin növbətçi hissəsindən APA-nın cənub bürosuna verilən məlumata görə, hadisə iyunun 26-da saat 15.00 radələrində qeydə alınıb. Şəhərin Vaqif Nağıyev küçəsi, dalan 1, ev 8-də yaşayan 1978-ci il təvəllüdlü Bayraməli Əkrəm oğlu Əhmədov öz mənzilində təmir işləri apararkən ehtiyatsızlıqdan nərdivandan yerə yıxılıb. Zərbənin təsirindən kəllə-beyin travması alan B. Əhmədov təcili Lənkəran Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb. Lakin həkimlərin səylərinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb. Faktla bağlı Lənkəran Rayon Prokurorluğunda araşdırma aparılır.
Ehtiyatsızlıq hərdən çox acı nəticələrə səbəb olur.
Tofiq Əliyev
O.M.
Digər xəbərlər