65 yaşlı kişini maşın vuraraq öldürüb

65 yaşlı kişini maşın vuraraq öldürüb

15 Yanvar 2015 14:29
Bəyəndim (0) Bəyənmədim (0)

Xaçmaz rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Hadisə Xaçmaz – Quba yolunun Armudpadar kəndi ərazisindən keçən hissəsində qeydə alınıb. "Ford" markalı avtomobil yolu keçmək istəyən 1950-ci il təvəllüdlü Mustafayev Səhrab Mustafa oğlunu vurub. Qəza nəticəsində piyada dünyasını dəyişib.
Faktla bağlı Xaçmaz Rayon Polis Şöbəsində cinayət işi açılıb, araşdırmalar davam etdirilir.

Mediainfo.az