İdarə rəisi: “Elşad Abdullayevin cinayət işi ilə bağlı istintaq davam etdirilir”

İdarə rəisi: “Elşad Abdullayevin cinayət işi ilə bağlı istintaq davam etdirilir”

15 Yanvar 2015 14:21
Bəyəndim (0) Bəyənmədim (0)

Fəaliyyəti dayandırılmış Azərbaycan Beynəlxalq Universitetinin sabiq rektoru Elşad Abdullayevin qanunsuz əməlləri ilə bağlı başlanmış cinayət işinin istintaqı davam etdirilir.

Apa-nın məlumatına görə, 2014-cü ilin yekunları ilə bağlı keçirilən mətbuat konfransında Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin rəisi Kamran Əliyev E. Abdullayevin hazırda axtarışda olduğunu bildirib.

O qeyd edib ki, vaxtı ilə onunla birgə çalışan və bu qanunsuzluqlara yol verən şəxslər məsuliyyətə cəlb ediliblər. K. Əliyevin sözlərinə görə, hazırda istintaq davam etdirilir.

Mediainfo.az