Oğurluq edən gənclər tutulub - Foto

Oğurluq edən gənclər tutulub - Foto

14 Yanvar 2015 19:26
Bəyəndim (0) Bəyənmədim (0)

Abşeron rayon Polis Şöbəsinin əməkdaşları oğurluqda şübhəli bilinən 3 nəfəri yaxalayıb. APA TV-nin xəbərinə görə, saxlanılanlar Sumqayıt sakinləri - 26 yaşlı Xəqani Şirinov, 22 yaşlı Xanbaba Novruzov və Cavid Quliyevdir.

İstintaqla müəyyən edilib ki, saxlanılan şəxslər Elmar Bağırova məxsus mağazaya bir neçə dəfə giriblər.

Saxlanılanlar ifadələrində əldə etdikləri pulları şəxsi istifadələri üçün xərclədiklərini bildiriblər. Faktla bağlı hər 3 şəxs barəsində Cinayət Məcəlləsinin oğurluq maddəsi ilə cinayət işi başlanıb. Araşdırmalar davam edir.

Mediainfo.az