Prezident Administrasiyasına yürüş olacaq

Prezident Administrasiyasına yürüş olacaq

14 Yanvar 2015 16:07
Bəyəndim (0) Bəyənmədim (0)

Ermənistanda Prezident Adminstrasiyasının binası qarşısına yürüş olacaq.

Apa-nın "Armtoday"ə istinadən verdiyi məlumatına görə, Gümrüdə rus hərbçisi tərəfindən törədilən qətl hadisəsi ilə əlaqədar bu gün İrəvanda Azadlıq meydanından PA-nın binasına yürüş təşkil ediləcək. Təşkilatçıların əsas tələbi rus hərbçisi tərəfindən qətlə yetirilən Avetisyan ailəsinin xatirəsinə ölkədə matəm elan olunması, həmçinin cinayətin təhqiqatının Ermənistanda aparılmasıdır. Təşkilatçılar vurğulayıb ki, Rusiya cinayətkarı Ermənistana təhvil verməli və işə Ermənistan məhkəməsi baxmalıdır.

Daha sonra yürüş iştirakçıları Azadlıq meydanına qayıdacaq. Saat 19:00-da meydanda cinayət qurbanlarının xatirəsinə şam yandırılacaq.

Mediainfo.az