Yaşayış evində partlayış olub, ölən və yaralananlar var

Yaşayış evində partlayış olub, ölən və yaralananlar var

14 Yanvar 2015 16:00
Bəyəndim (0) Bəyənmədim (0)

Sumqayıtda yaşayış evində partlayış olub.

Apa-nın FHN saytına istinadən verdiyi məlumata görə, Sumqayıt şəhəri, Tağıyev qəsəbəsində vətəndaşa məxsus ümumi sahəsi 200 kv.m olan ikimərtəbəli 7 otaqlı evdə yanğınla nəticələnən partlayış baş verib.

Yanğın nəticəsində evin 2-ci mərtəbəsinin yanar konstruksiyaları 100 kv.m sahədə yanıb. Partlayışın zərbəsindən divarlarda çatlar əmələ gəlib, ev deformasiyaya uğrayıb. Yanğın zamanı ev sahibinin qızı, 1987-ci il təvəllüdlü Bağırova Ülviyyə Teymur qızının yanmış meyiti yanğınsöndürənlər tərəfindən aşkar olunub, 2 nəfər isə müxtəlif növ termiki yanıq xəsarətləri alıb.

Yanğın saat 12:57-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

Mediainfo.az