Sabahın hava məlumatı

Sabahın hava məlumatı

14 Yanvar 2015 14:27
534
Bəyəndim (0) Bəyənmədim (0)

Yanvarın 15-də Bakı və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun baş hidroloqu Asif Verdiyev bildirib ki, gecə və səhər yarımadanın bəzi yerlərində zəif duman, çiskin olacaq. Cənub-qərb küləyi əsəcək. Havanın temperaturu gecə 2-5, gündüz 9-13 dərəcə isti olacaq.

Rayonlarda da yağmursuz hava şəraiti hökm sürəcək, səhər bəzi yerlərdə duman, çiskin olacağı gözlənilir. Cənub zonasında isə yağış yağacağı ehtimalı var. Qərb küləyi əsəcək, arabir dağlıq ərazilərdə güclənəcək.

Temperatur Aran rayonlarında gecə 0-5, gündüz 12-17 dərəcə isti, dağlarda gecə 1-6 dərəcə şaxta, gündüz 5-10 dərəcə isti gözlənilir.

Mediainfo.az