Hindistanda spirtli içkidən 27 nəfər ölüb

Hindistanda spirtli içkidən 27 nəfər ölüb

13 Yanvar 2015 15:09
Bəyəndim (0) Bəyənmədim (0)

Hindistanda spirtli içkidən zəhərlənmə nəticəsində ölənlərin sayı 27 nəfərə çatıb. Apa-nın DPA-ya istinadən verdiyi məlumata görə, daha 100 nəfər hazırda xəstəxanada müalicə almaqda davam edir.

Qeyd edək ki, hadisə ölkənin şimali ştatı olan Uttar-Pradeşdə baş verib. Yerli polisin bildirdiyinə görə, zəhərlənməyə səbəb kustar üsulla hazırlanmış spirtli içki ola bilər.

Mediainfo.az