Bakı metrosunda dava

Bakı metrosunda dava

13 Yanvar 2015 14:42
Bəyəndim (0) Bəyənmədim (0)

Bu gün Bakı Metropoliteninin "Elmlər Akademiyası" stansiyasında sərnişinlər arasında dava düşüb. "Bakı Metropoliteni" QSC-nin Mətbuat katibi və ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Nəsimi Paşayev bildirib ki, sərnişinlər arasında eskalatorda dava düşüb və bunun nəticəsində eskalatorun kənarındakı plafonlardan 4-ü sınıb: "Bununla əlaqədar eskalatorun hərəkəti müvəqqəti dayandırılmışdı. Hadisə baş verən kimi eskalatorun hərəkəti dayandırılıb 11 dəqiqədən sonra isə bərpa edilib.

Hazırda hadisənin baş vermə səbəbi polislər tərəfindən araşdırılır. Sərnişinlərin metroya giriş və çıxışına məhdudiyyət qoyulmayıb".

Mediainfo.az