Sabah hava yağmursuz keçəcək, bəzi yerlərdə temperatur 13 dərəcə olacaq

Sabah hava yağmursuz keçəcək, bəzi yerlərdə temperatur 13 dərəcə olacaq

13 Yanvar 2015 14:30
Bəyəndim (0) Bəyənmədim (0)

Yanvarın 14-də Bakı və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktor müavini Gülşad Məmmədova bildirib ki, səhər bəzi yerlərdə duman olacaq. Mülayim cənub-qərb küləyi əsəcək

Havanın temperaturu gecə 0-3, gündüz 6-8 dərəcə isti olacaq.
Sabah Azərbaycanın rayonlarında hava şəraitinin əsasən yağmursuz keçəcəyi, gecə və səhər bəzi yerlərdə duman olacağı gözlənilir. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək.
Havanın temperaturu gecə 1 dərəcə şaxtadan 4 dərəcə qədər isti, gündüz 8-13 dərəcə isti, dağlarda gecə 5-10, şaxta, gündüz 0-5 dərəcə isti olacaq.

Mediainfo.az