Con Kerri avtoqəzaya düşüb

Con Kerri avtoqəzaya düşüb

12 Yanvar 2015 15:15
Bəyəndim (0) Bəyənmədim (0)

ABŞ dövlət katibi Con Kerrinin avtomobil korteci Hindistanın Əhmədabad şəhərində hava limanına gedərkən qəzaya uğrayıb. APA-nın "Reuters"ə istinadən verdiyi məlumata görə, bu barədə ABŞ Dövlət Departamentinin sözçüsü Cen Psaki bildirib.

Onun sözlərinə görə, kortecdə qəzaya uğrayan iki avtomobilin birində Con Kerri olub. C. Psaki qeyd edib ki, ABŞ dövlət katibi və onu müşayiət edənlər xəsarət almayıblar.

C. Psaki hadisənin necə baş verməsi barədə tam açıqlama verməsə də, avtomobillərdən birinin sıradan çıxdığını, C. Kerrinin yola başqa avtomobildə davam etdiyini deyib.

Mediainfo.az