Şadlıq evində oğurluq

Şadlıq evində oğurluq

12 Yanvar 2015 14:57
Bəyəndim (0) Bəyənmədim (0)

Bakıda şadlıq evində oğurluq hadisəsi baş verib.Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin xəbərinə görə, yanvarın 9-da Binəqədi qəsəbəsi ərazisində yerləşən "White-Palase" şadlıq evində orada işləyən Göyçay rayon sakini Cəsarət İsmayılovun mobil telefonu oğurlanıb. Binəqədi rayon polis əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluqda şübhəli bilinən Abşeron rayon sakini Uğur Hüseynov saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.

Mediainfo.az