Bakıda 29 nəfər dilənçi saxlanılıb

Bakıda 29 nəfər dilənçi saxlanılıb

12 Yanvar 2015 14:31
Bəyəndim (0) Bəyənmədim (0)

Paytaxtda avaraçılıq və dilənçiliklə məşğul olan 29 nəfər qeydiyyatda olduqları rayonlara göndərilib.

Bakı Şəhər Baş Polis İdarəsindən verilən məlumata görə, Binəqədi Rayon Polis İdarəsinin 6-cı Polis Bölməsinin Post Patrul Xidməti Bölüyünün, Nərimanov Rayon Polis İdarəsinin Post Patrul Xidməti Bölüyünün 18-ci Polis Bölməsinin, Nəsimi Rayon Polis İdarəsinin 19-cu Polis Bölməsinin, 20-ci Polis Bölməsinin 22 ci Polis Bölməsinin əməkdaşlarının keçirdikləri profilaktiki tədbirlər nəticəsində, paytaxt ərazisində avaralıq və dilənçilik həyat tərzi keçirən 29 nəfər (7 kişi, 6 qadın, 16 azyaşlı) saxlanılıb. Onların barələrində inzibati qaydada tədbir görülüb, qeydiyyatda olduqları rayonlara göndərilməsi təmin edilib.

Mediainfo.az