“AMAY” rəhbərinin məhkəməsi yanvarın 29-da başlayacaq

“AMAY” rəhbərinin məhkəməsi yanvarın 29-da başlayacaq

12 Yanvar 2015 14:29
Bəyəndim (0) Bəyənmədim (0)

"AMAY" ticarət mərkəzinin həbsdə olan rəhbəri Abdulla Abdullayevin barəsində olan cinayət işi üzrə məhkəmənin başlama vaxtı məlum olub.

Məhkəmənin hazırlıq iclası yanvarın 29-na təyin edilib. Prosesə Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Əfqan Hacıyev sədrlik edəcək.

Abdulla Abdullayev Cinayət Məcəlləsinin 179.3.2 (mənimsəmə və ya israf etmə) və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə təqsirləndirilir.

Mediainfo.az