Avtomobil kanala aşırdı - Foto

Avtomobil kanala aşırdı - Foto

9 Yanvar 2015 17:45
Bəyəndim (0) Bəyənmədim (0)

İmişli rayonunda avtomobil kanala aşıb.

İmişli rayon Polis Şöbəsindən verilən məlumata görə, hadisə səhər saatlarında Qaragüvəndikli kəndi ərazisində qeydə alınıb. Bəhrəmtəpə qəsəbə sakini Ədalət Əmirovun idarə etdiyi 30-BE-974 dövlət nömrə nişanlı, "Mercedes" markalı avtomobil körpüdən keçərkən kanala aşıb.

Qəza zamanı "Mercedes"in sürücüsü xilas ola bilib. Avtomobildə olan sərnişin, 23 yaşlı Əli Şirinovun isə suda boğulduğu ehtimal olunur.

Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları, FHN dalğıcları gəlib. Həmçinin əraziyə qaldırıcı kran cəlb edilib. Xilasedicilərin köməkliyi ilə avtomobil qaldırıcı kran vasitəsi ilə sudan çıxarılıb. Lakin suda batdığı güman edilən sərnişin avtomobilin içərisində tapılmayıb.

Hazırda su kanalında boğulduğu ehtimal edilən şəxsin tapılması istiqamətində axtarışlar davam etdirilir.

Mediainfo.az