Ana və iki övladı dəm qazından boğularaq ölüb

Ana və iki övladı dəm qazından boğularaq ölüb

9 Yanvar 2015 17:08
Bəyəndim (0) Bəyənmədim (0)

Bakıda dəm qazı ailə faciəsinə səbəb olub. Xəzər Rayon Polis İdarəsindən verilən məlumata görə, hadisə Südçülük sovxozunda qeydə alınıb.

Orada yaşayanlar - 1972-ci il təvəllüdlü Gülurə Əli qızı Məmmədova, onun övladları - 21 yaşlı Dərya Oqtay qızı Məmmədbəyli və 20 yaşlı Rövsət Oqtay oğlu Məmmədbəyli dəm qazından boğularaq ölüblər.

Fakta bağlı araşdırma aparılır.
Mediainfo.az