Terrorçu qardaşlar: “Biz şəhid kimi ölmək istəyirik”

Terrorçu qardaşlar: “Biz şəhid kimi ölmək istəyirik”

9 Yanvar 2015 15:48
Bəyəndim (0) Bəyənmədim (0)

"Charlie Hebdo" jurnalının redaksiyasına hücumda şübhəli bilinən Səid və Şərif Kuaşi qardaşları şəhid kimi ölmək istədiklərini bəyan ediblər.

Apa-nın məlumatına görə, bunu "iTele" telekanalının efirində Paris regionunun Sena və Marna departamentindən Fransa Milli Assambleyasına deputat seçilən İv Albarello deyib. O bildirib ki, Kuaşi qardaşları bunu hüquq-mühafizə orqanlarının əməkdaşları ilə danışıqlar zamanı bəyan ediblər.

Hazırda onların həbsi məqsədi ilə Dammarten-an-Qoel şəhərində xüsusi əməliyyat keçirilir. CDT mətbəəsinin binasında olan qardaşlar polis tərəfindən mühasirəyə alınıblar. Onların bir nəfəri girov götürdükləri bildirilir.

Mediainfo.az