Bankdan saxta yollarla pul çıxarılması faktı ilə bağlı cinayət işi başlanıb

Bankdan saxta yollarla pul çıxarılması faktı ilə bağlı cinayət işi başlanıb

9 Yanvar 2015 14:35
Bəyəndim (0) Bəyənmədim (0)

Bakıda saxta yolla bankdan pul çıxarılması faktı ilə bağlı cinayət işi başlanıb.

Daxili İşlər Nazirliyi saytının verdiyi məlumata görə, 2013-cü il iyul ayında Bakı şəhər sakini Elnarə Balayevanın "Atel" MMC-nin adından saxta arayış düzəldərək paytaxt sakini Gültən Abışovanın adına "VTB" bankdan 5000 manat aldığı müəyyən edilib.

Faktla əlaqədar cinayət işi başlanıb, araşdırma aparılır.

Mediainfo.az