Narkotik alverçiləri həbs edildi

Narkotik alverçiləri həbs edildi

8 Yanvar 2015 15:59
Bəyəndim (0) Bəyənmədim (0)

Bakının Yasamal rayonunda narkotiklə bağlı əməliyyat keçirilib. Bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Məlumata görə, Yasamal rayon Polis İdarəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Mirsaleh Mirməmmədov tutulub. Ondan 490 qram, Abşeron rayon sakini Aydın Cəfərovdan isə 480 qram marixuana götürülüb.

Daha bir əməliyyat Lənkəranda keçirilib. Lənkəran Şəhər-Rayon Polis Şöbəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Girdəni kənd sakini, əvvəllər məhkum olunmuş Xəqani Qubadovdan 800 qram marixuana və 300 qram tiryək götürülüb.

Hər iki faktla bağlı cinayət işi başlanıb.

Mediainfo.az