Araz Kəsəmənlinin şikayəti təmin edilməyib

Araz Kəsəmənlinin şikayəti təmin edilməyib

8 Yanvar 2015 15:08
Bəyəndim (0) Bəyənmədim (0)

Bakı Apellyasiya Məhkəməsində narkotik vasitələrin qanunsuz dövriyyəsində təqsirləndirilən Araz Kəsəmənlinin apellyasiya şikayəti əsasında məhkəmə prosesi başa çatıb.

Prosesdə qərar elan edilib. Qərara görə, şikayət təmin edilməyib.

Xatırladaq ki, Araz Kəsəmənli şair Nüsrət Kəsəmənlinin oğludur. O, 1998-ci ildə qeyri-rəsmi yaşadığı qadını qətlə yetirməkdə ittiham olunaraq 15 il həbsxana həyatı yaşayıb. Həbsdən çıxandan 3 ay sonra isə həbs edilib. Cinayət Məcəlləsinin 234-cü (qanunsuz olaraq narkotik vasitə əldə etmə, saxlama, satma, daşıma, göndərmə) maddəsinə əsasən ittiham olunan A.Kəsəmənli Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 8 il 4 ay müddətinə azadlıqdan məhrum edilib.

Mediainfo.az